“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı
Ərəb turistlər Şəhidlər Xiyabanını ziyarət etdi
Müəllim sinifdə məktəbli qızla porno filmlər çəkib
200 balı keçən hər bir abituriyent tələbə olacaq - EKSPERT
Hacıyev Qərbə 45 milyon dollara məxfi məlumat satıb
Rusiya Macarıstana xam neft nəqlini bərpa edib
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər
Yanğın törədən şəxs saxlanıldı
15 yaşlı yeniyetmə 10 manata görə öldürülüb
Hansı ölkələr Ukraynada öz qoşunlarını yerləşdirə bilər?


18.10.2022  09:45 

Qadın azyaşlı uşaqla küçədə gecələyirmiş - Video





A+  A-

Bakıda qadının azyaşlı uşaqla birgə küçədəki açıq sahədə və məişət tullantılarının olduğu yerdə gecələməsini əks etdirən görüntülər yayılıb.

Sosial şəbəkələrdə gündəm olan bu görüntülərin Xətai rayonu ərazisində qəbiristanlıqla üz-üzə olan ərazidə çəkildiyi qeyd olunub.

Həmin ərazi Qədir Məmmədov 9 ünvanıdır.

Ərazidə qida qalıqları, eyni zamanda çox sayda spirtli içki şüşələri var. Ətraf sanki zibilliyi xatırladır. Ancaq sakinlər görüntüdə əks olunan qadın və uşağı burada görmədiklərini bildirdilər.

Daxili İşlər Nazirliyindən bildirildi ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar və artıq həmin şəxs müəyyən olunub. Ana və uşaq barəsində qanunamüvafiq tədbir görüləcək.

Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, qeyd olunan əraziyə baş çəkilib, onlara Agentliyin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reablitasiya müəssisəsinə yerləşdirilməsi təklif olunsa da, bundan imtina edərək yaşayış evlərinin olduğunu bildiriblər.



Xəbər 2539 dəfə oxunub.




19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər


BÜTÜN XƏBƏRLƏR +