Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


19.01.2018  11:32 

“Gömrükdə “paket” sistemi yoxdur...”





A+  A-

Bu gün Dövlət Gömrük Komitəsində 2017-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, tədbirdə komitə sədri Aydın Əliyev, onun birinci müavini Səfər Mehdiyev, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov, komitənin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev iştirak edib.

Aydın Əliyev çıxış edərək bildirib ki, ötən il uğurlarla başa vurulsa da, az da olsa problemlərlə rastlaşıblar: "Ticarət dövriyyəmiz 20 milyarddan çox olub, 13 milyard idxal, 8 milyard ixrac olub. Azərbaycana investisiya yönümlü avadanlıqların gətirilməsinin artması idxalın artmasına əsas səbəbdir. Büdcə proqnozu 16 faiz artıq yerinə yetirilib, 2 milyard 608 milyon manat büdcəyə köçürülüb.

Komitə əməkdaşları tərəfindən qanunsuz halların qarşısı alınıb. 350-dən çox cinayət işi məhkəməyə göndərilib. 2770 tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıb. Bunun 100 kiloqramdan artığı heroin olub. Valyuta ehtiyatlarının qanunsuz olaraq ölkədən çıxarılması ilə bağlı 50 mindən çox avro, 1 milyondan artıq dollar və 1,2 milyon dollar dəyərində qızıl zinət əşyalarının qarşısı alınıb. 25 şirkətə "yaşıl dəhliz" icazəsi verilib.

Prezident yanında Apellyasiya Şurasında gömrüklə bağlı heç bir şikayətə baxılmayıb. Bu da sevindirici haldır. 2016-ci ildə komitəyə 2300 şikayət daxil olmuşdusa, ötən cəmi 700 şikayət okub. Bunun da 95 faizi fiziki şəxslərin aksiz malların daşınması ilə bağlı olub. Həmin şikayətçilərə də qanunvericilik izah edilib.

Qayda pozuntularına görə 334 nəfər gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Prokurorluq orqanları tərəfindən 17 əməkdaşımız cinayət məsuliyyətinə cəlb edilib, 7 əməkdaş barəsində isə komitənin öz istintaq idarəsində araşdırma aparılıb".

***

A. Əliyev bildirib ki, gömrük xidmətində işçilərə konvert paylanılmır:

"Mən bunu sadəcə təkzib etmirəm, məntiqlə izah edirəm. Çünki biz özümüz 17 nəfəri istintaqa təqdim etmişik. O adamlar orada deməz ki, bunlar elə özləri bizə paket verirdilər? Bu məntiq bizdə paket olmadığını aydın edir".

Xəbər 3975 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +