Daha bir ölkə Türkiyə vətəndaşları üçün vizanı ləğv edəcək
Müdafiə Nazirliyi xəbərdarlıq etdi
“Ramiz Mehdiyev işi: Dövlət içində illərlə formalaşan şəbəkə ifşa olunur”
Pensiya kapitalı 2026-cı ildə 6 faiz artırılacaq
Ukraynanın 193 PUA-sı vurulub -Rusiya MN
Professor Ruxsara Əliyeva vəfat edib -FOTO
Bakıda restoranda yanğın başlayıb
Hazırda ulduz Roza Zərgərlidir... - Ülvi Qılınc
Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ


27.03.2018  13:48 

İlk sınaq imtahanı ilə bağlı XƏBƏRDARLIQ





A+  A-

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi aprelin 1-də keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a bildirilib ki, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. Sınaq imtahanına qeydiyyat 28 mart saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 19 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, imtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edibeservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Qeyd edək ki, aprelin 15-də keçiriləcək növbəti sınaq imtahanına qeydiyyat 10 aprel saat 10:00-dək aparılacaq.

Xəbər 2752 dəfə oxunub.



27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +