İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


06.03.2018  16:05 

480 nəfər QMİ-yə sənəd verdi





A+  A-

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 480 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sənəd verib.
XəzərNews.az xəbər verir ki, bunu "Report”a açıqlamasında QMİ-nin məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib.

O, sənəd qəbulunun davam etdiyini deyib. QMİ nümayəndəsi həmçinin əlavə edib ki, bu il sağlamlıq haqqında arayışa daha çox önəm veriləcək: "Həcc ziyarətinə sağlamlıq durumu normal olan insanların getməsi məsləhətdir. Sənədləri imkan daxilində ziyarətə gedən vətəndaş özü təqdim etsin. Hətta onlar QMİ-nin din xadimlərindən bəzi məsələləri soruşub, öyrənə bilərlər. Bu il vətəndaşlarımız üçün təcrübəli həkimlər, ilahiyyatçı alimlər, eləcə də bələdçilərlə təmin olunub”.

Xatırladaq ki, QMİ-nin Həcc şöbəsi hər gün səhər saat 09.00-dan axşam saat 18.00-dək fasiləsiz işləyir.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Həcc ziyarəti üçün Azərbaycana 1200 kvota ayrılıb. Əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər.

Xəbər 2875 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +