Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


04.05.2022  18:46 

Onu dağıntılar altından çıxaran oğlanla nişanlandı - Foto





A+  A-

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi olub.

XəzərNews.az Axşam.az-a istinadən xəbər verir ki, məclisdən fotolar sosial şəbəkədə yayılıb. Onun Talış adlı oğlanla ailə qurmağa hazırlaşdığı bildirilib. Məclisdə səbəbkarların yaxınları iştirak edib.

Terror hadisəsi yaşanan gecə dağıntılar altında qalan Sevil açıqlamalarından birində onu sinif yoldaşının xilas etdiyini bildirmişdi.

Sevilin nişanlandığı gənc onu dağıntılar altından çıxaran sinif yoldaşıdır.

Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva ötən il Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub.

Xəbər 6718 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +