“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı
Avtomobil alış-verişi adı ilə 21 min manatını ələ keçirdi
Prezidentin 8 yaşında çəkdiyi foto
“Neftçi“ Samir Abasovu istefaya göndərib
“Xarı Bülbül” şadlıq sarayında meyit tapıldı
Calaq düzgün edilmədiyi üçün qaz sızması baş verib - Açıqlama
Talış halallığına haram qatanlar
Partlayışda kimlər xəsarət alıb? - Fotolar


22.11.2022  09:33 

DTX milyarder Fərhad Əhmədovu saxlayıb?





A+  A-

Bir neçə gündür tanınmış iş adamı Fərhad Əhmədovun saxlanılması ilə bağlı xəbərlər yayılır.

XəzərNews.az xəbər verir ki, demokrat.az isə artıq adıçəkilən şəxsin konkret olaraq DTX tərəfindən saxlanıldığını yazıb.

Məlumata görə, bir neçə gün öncə iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb.

Axtarışlar zamanı milyarder Fərhad Əhmədov Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Məlumata görə, saxlanılan Fərhad Əhmədovun istintaq idarəsində ifadəsi alınıb.

İş adamı təqribən 10 saata yaxın istintaqda dindirilib. Daha sonra isə milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik alınıb.

Hazırda F.Əhmədovun barəsində istintaq davam edir.

Hadisə ilə bağlı hələlik heç bir rəsmi açııqlama verilməyib.

Xatırladaq ki, Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı “Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün "Forbes"də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan rusiyalı zənginlərin siyahısında yer alır.

Xəbər 2360 dəfə oxunub.




23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib


BÜTÜN XƏBƏRLƏR +