“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


13.02.2018  17:09 

Azərbaycanda terrorçuluğa qarşı yeni qanun qəbul edildi





A+  A-

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, layihəyə əsasən, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərinin dondurulması barədə qərarı icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər.

Məcəllənin 598-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) 7-ci bəndinin maddəsinə dəyişiklik edilir.

Bildirilib ki, bu, Avropa Şurasının Pullarının Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyəsinin icrası məqsədilə hazırlanıb.
2017-ci il 14 aprel tarixində “Cinayət yolu ilə əldə edilmiş pul və vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliyə əsasən, bütün fiziki və hüquqi şəxslər, o cümlədən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər, habelə dövlət qurumları terrorçuluğun malyyələşdirilıməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulmasına üzrə təədbirlər görməli və bui barədə ddərhal maliyyə monitorinqi orqanlnı məlumat verməlidirlər. Layihə qeyd edilən qanunun icra məqsədilə hazlırlanıb. Dəyişikliyə əsasən, yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər.

598.7 maddəyə əsasən, vəzifəli şəxslər 1 500 manatdan 2 500manatadək məbləğdə, hüquqi şəxslər 15 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər 3256 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +