Azərbaycanda ən yüksək maaşı kimlər alır?
Azərbaycan səfirliyinin binasına “İskəndər” raketi düşdü
Dana əti basdırmasına at DNT-si aşkarlanıb
Əhmədzadə işi: Dubaya milyonluq vəsait transferi
Sabirabadda qətl: Güllələdi...
Toy karvanında “avtoş“luq: Yola pul səpdilər
Kənd təsərrüfatında hədəflərə nail olunmayacaq?
Afrikanı vəba epidemiyası bürüyüb - SOS
ABŞ hərbi əməliyyata başladığını elan edib
Rusiya Kiyevə hücum edib


14.10.2017  11:43 

77 yaşlı anasına qarşı dəhşətli cinayət





A+  A-

Bakıda 46 yaşlı kişi 77 yaşlı anasını zorlayıb.
Hadisə bu il mayın 23-də paytaxtın Binəqədi rayonunda baş verib.

Biləcəri qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Telman Yusubov evlərində anası, 1940-cı il təvəllüdlü Əsmər Yusubova işgəncə verərək zorlayıb. Anası xəstə və qoca olduğu üçün ona müqavimət göstərə bilməyib və içkili olan T.Yusubov bundan istifadə edərək anasını döyüb. O, anasına qarşı xüsusi amansızlıqla davranaraq başından dəfələrlə və sillə yumruqla vurub, sifətində zədələr əmələ gətirib. Nəticədə Ə.Yusubovanın gözünə qan sızıb, beyni silkələnib.

T.Yusubov daha sonra 77 yaşlı anasını yerə yıxaraq alt paltarını cırıb və lüt soyunduraraq onu qeyri-təbii yolla zorlayıb.
Telman Yusubov bundan başqa sexdən təkər oğurlamağa görə də ittiham edilir.

O, istintaqa ifadəsində deyib ki, psixi problemləri var və içki qəbul edəndə özündə olmur: “Uşaq vaxtından bəri 4 saylı ruhi əsəb poliklinikasında qeydiyyatdayam, orada da müalicə olunmuşam. Hazırda da xəstəyəm, içki içəndə huşum başımdan çıxır, nə hərəkət etdiyimi bilmirəm. Anam ilə son vaxtlar münasibətlərimiz yaxşı deyil, tez-tez aramızda münaqişə olurdu. Həmin gün də qəsəbədə mağazadan araq alıb başıma çəkdim. Sərxoş olduğum üçün anama nə etdiyim, hansı səbəbdən etdiyim yadımda deyil. Mənim həm də yaddaş pozğunluğum var, konkret bir şey deyə bilmirəm. Xahiş edirəm mənim ruhi əsəb xəstəliyindən müalicə olunmağıma kömək edəsiniz”.

Təqsirləndirilən T.Yusubov qeyd edib ki, bundan öncə də dəfələrlə məhkum olunub. Belə ki, 1996-cı ildə 5 il azadlıqdan məhrum edilib. 2003-cü ildə narkotika görə 1 il 6 ay, 2009-cu ildə oğurluğa görə 4 il cəza alıb. 2013-cü ilin mayında azadlığa çıxıb, o vaxtdan da 202 saylı marşrut avtobusunda sürücü işləyib. Həmin müddətdə də Biləcəridə anası ilə tək yaşayıb.

T.Yusubov 2016-cı ildə Dağıstanda yaşayan Zəminə Yusubova ilə evlənib, qadın orada qaldığı üçün tez-tez Dərbəndə gedib gəlib.

Ə.Yusubovanı kimin zorlanması onun gecə köynəyindən götürülən spermadan sübut olunub. Ekspertiza nəticəsində spermanın Ə.Yusubovanın oğluna məxsus olması müəyyənləşdirilib.

Zorlanmaya məruz qalan Əsmər Yusubova da əvvəllər məhkumluq həyatı yaşayıb.

Təqsirləndirilən T.Yusubovanın cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun icraatında baxılır.

(qafqazinfo.az)

Xəbər 3402 dəfə oxunub.




14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz

14.11.2025  11:58 

Sabirabadda qətl: Güllələdi...

14.11.2025  10:07 

Rusiya Kiyevə hücum edib

14.11.2025  09:52 

Bakı metrosunda tüstüləmə olub

13.11.2025  16:52 

Prezident fərman imzaladı

13.11.2025  16:49 

Jurnalist saxlanıldı -Buna görə


BÜTÜN XƏBƏRLƏR +