Hava şəraiti: Arabir yağıntılı olacaq
Polad Bülbüloğluna ağır ittiham - Ramiz əmi ilə...
Bakının axşam tıxacı... - Siyahı
Səfirlik avtomobili velosiped zolağında - Foto
Bələdiyyə ilə kənd sakinləri arasında qalmaqal – VİDEO
Sabiq general-mayor yenidən vəzifədə
Prezident fərman imzaladı
Jurnalist saxlanıldı -Buna görə
Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş - FOTO
Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”


06.11.2025  13:37 

Yarım milyardlıq işdə adı hallanan sahibkarlardan biri həbs edildi





A+  A-

Xaricə ixrac edilən 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan vəsaitləri ölkəyə qaytarmayan vəzifəli şəxslərdən birinə hökm oxunub.

XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, 1984-cü ildə Ağdam şəhərində anadan olmuş Hüseynov Gündüz İsmayıl oğlu Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 32.3, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə təşkilatçı) maddələri ilə təqsirləndirilib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Gündüz Hüseynov direktoru olduğu "My Vegetables” MMC vasitəsilə 1 noyabr 2024-cü ilədək olan dövrdə 1279 gömrük bəyannaməsi üzrə kənd təsərrüfatı məhsullarını konsiqnasiya yolu ilə xaricə ixrac edib. Bu əməliyyatlar nəticəsində ümumilikdə 15.993.533,90 ABŞ dollarından (müvafiq məzənnə ilə 27.189.007,60 manat) artıq vəsait əldə olunub, lakin həmin pullar ölkəyə qaytarılmayıb.

Sahibkar bu cinayəti digər təqsirləndirilən şəxs - İmanov Röyal Mahir oğlu ilə birgə törədib. İstintaq materiallarına əsasən, o, iqtisadi dayanıqlılığın təmin edilməsi, valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və inflyasiya təzyiqlərinin azaldılması istiqamətində dövlət siyasətinə zərər vurmaqla, qanunla qorunan mənafelərə ağır nəticələrə səbəb olan zərər yetirib.

Məlum olub ki, Gündüz Hüseynov bir neçə fərqli MMC yaradıb və onların direktoru kimi çıxış edib. O, bəzi şirkətlərin qanuni təmsilçiliyini Röyal İmanova həvalə edib. Lakin Röyal İmanov izahatında bildirib ki, Gündüz Hüseynov tərəfindən aldadılıb və öz xəbəri olmadan həmin şirkətlərin qanuni təmsilçisi edilib.

Məhkəmədə Gündüz Hüseynov törətdiyi əməldən səmimi peşman olduğunu deyib və barəsində yüngül cəza təyin olunmasını xahiş edib. Məhkəmənin hökmü ilə o, 2 il müddətinə sahibkarlıq sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin oktyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırmalar zamanı xaricə ixrac edilən 578 milyon manatlıq kənd təsərrüfatı məhsulundan əldə edilən vəsaitləri ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa olunmuşdu.

İstintaqla müəyyən edilib ki, Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və digərləri cinayətkar niyyətlə "Xaçmaz Aqro”, "Natural Fruit”, "Fresh Fruits Group”, "Global Trade Group”, "Garden Store”, "My Vegetables” və digər MMC-ləri təsis ediblər.

Onlar xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərlə müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq ümumilikdə 340 milyon ABŞ dollarından artıq vəsaiti vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Azərbaycan banklarının hesabına qaytarmayıblar.

Araşdırma zamanı Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində həbs qətimkan tədbiri seçilib. Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov və Nicat Əlimərdanov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri tətbiq olunub.

Xəbər 774 dəfə oxunub.




13.11.2025  16:52 

Prezident fərman imzaladı

13.11.2025  16:49 

Jurnalist saxlanıldı -Buna görə

13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün


BÜTÜN XƏBƏRLƏR +