Azərbaycandan gələn təyyarə İrəvana eniş edib -FOTO
Dağıstana PUA hücumu
Baş nazir qərar imzaladı
Metroda problem yaranıb
Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib
Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov
Baş nazir Tiflisə səfərə gedib
Bu ərazilərdə qaz olmayacaq


13.08.2025  12:56 

İş adamı Süleyman Babayev həbs edilib





A+  A-

Azərbaycanda və xaricdə tikinti fəaliyyəti ilə məşğul olan iş adamı Süleyman Qalibiyyət oğlu Babayev həbs edilib.

XəzərNews.az xəbər verir ki, "Alke İnşaat Sanayi ve Ticaret Anonim" Şirkətinin Azərbaycan filialının direktoru və qanuni təmsilçisi olan Süleyman Babayev barəsində Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri üzrə cinayət işi məhkəmədə araşdırılıb.

İttihama görə, Süleyman Babayev 2017–2020-ci illər ərzində özünün və işçisi Erkan Mehmet Oğuzun adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə vergi orqanına təqdim etdiyi bəyannamələrdə təhrif olunmuş məlumatlar göstərib, bəzi hallarda isə ümumiyyətlə bəyannamə təqdim etməyib. O, təqdim olunan bəyannamələr üzrə ödəniş etməməklə, ümumilikdə 6 794 652,49 manat məbləğində vergi, işsizlik sığortası və məcburi dövlət sosial sığorta haqlarından, həmçinin 783 639,21 manat gömrük ödənişindən yayınmaqda təqsirləndirilir.

Məhkəmədə Süleyman Babayev özünü təqsirli bilmədiyini bildirib. Lakin məhkəmə onun ifadəsini cinayət işinin materialları ilə ziddiyyət təşkil edən, özünü müdafiə məqsədilə uydurulmuş və qeyri-səmimi hesab edib.

Hökmə əsasən, Süleyman Babayev 3 aprel 2023-cü ildən 19 mart 2025-ci ilədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlandığı 1 il 11 ay 16 gün cəza müddəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq 5 il 14 gün müddətinə azadlıqdan məhrum edilib. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək.

Qeyd edək ki, 2023-cü ilin iyul ayına qədər Süleyman Babayev "AKELİK Group” ASC-nin İdarə Heyətinin sədri olub. 2011-ci ildə yaradılmış şirkətin nizamnamə kapitalı 33 014 681 manat təşkil edir və əsas səhmdarı elə Babayevin özüdür. "AKELİK Group” Tacikistan, Qazaxıstan, Ukrayna, Albaniya və Qırğızıstanda filiallara sahib olub və bu ölkələrdə bir sıra tikinti layihələri həyata keçirib.

Xəbər 2407 dəfə oxunub.




22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq


BÜTÜN XƏBƏRLƏR +