İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu
Gədəbəyin İcra başçısı vəzifəsindən azad edilib
AzTV-nin müxbiridə ağır xəsarət aldı -FOTO
Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildi


16.10.2025  12:30 

İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.

Görüş zamanı qonağın Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakı yüksək qiymətləndirilib. Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, şəhərsalma sahəsində aparılan aktual müzakirələrin əhəmiyyətini vurğulayıb.

Tərəflər Azərbaycan ilə UN-Habitat arasında tərəfdaşlıq çərçivəsində bir neçə milli şəhərsalma forumunun uğurla keçirildiyini məmnunluqla qeyd ediblər.

Söhbət zamanı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə toxunulub. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin inşasında yeni, müasir şəhərsalma modeli tətbiq olunur.

Anaklaudia Rossbax Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına göstərdiyi dəstəyə və könüllü maliyyə töhfələrinə görə təşəkkür edib. O, COP29-un Azərbaycanda uğurla keçirildiyini qeyd edərək, tədbirdə iqlim gündəliyinin urbanizasiya fəaliyyəti ilə əlaqələndirilməsini mühüm təşəbbüs kimi dəyərləndirib.

Görüşdə, həmçinin 2026-cı ildə Azərbaycanda keçiriləcək BMT-nin ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, bu tədbirin də digər beynəlxalq toplantılar kimi yüksək səviyyədə təşkil olunacağına əminlik var.

Söhbət zamanı Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 2082 dəfə oxunub.




12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +