Sahibkar parklanma yerini qanunsuz zəbt etdi
DTX-nin saxladığı icra başçısı kimdir? - 14 ildir...
Qurban Qurbanov futbolçularını cərimələyib? – Rəsmi
Üçüdə prokurorluqda dindirildi
DTX əməliyyat keçirdi: İcra başçısı saxlanıldı - FOTO
Bank sektorunda yüksəliş: 56 milyardı keçdi...
Bu ölkələr dost olmalıdır -Szinpin
Baş həkim təyin edildi
Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü - FOTO
ABŞ-də iki azərbaycanlıya 25 il həbs cəzası


11.07.2025  14:09 

Qubada sahibkara təzyiq edilir...





A+  A-

Quba rayonunda sahibkarlıqla məşğul olan Könül Vəliyeva Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən təzyiqə məruz qaldığını iddia edir.

XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videgörüntülər yayılıb.

K.Vəliyevanin sözlərinə görə, atasının 30 ilə yaxındır işlətdiyi restoranı əsassız şəkildə sökmək istəyirlər:

“Restoranın qanuni sahibi olan atam Əli Vəliyev üçüncü dərəcəli insult keçirib. Xəstəliyinə görə hazırda idarəçiliyə mən və bacım baxırıq. Buna baxmayaraq aylardır basqılara məruz qalırıq”.

Sahibkar iddia edir ki, Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri heç bir hüquqi əsas və səlahiyyət olmadan restorana müdaxilələr edir, obyektin sökülməsinə və ailənin onun üzərindəki nəzarətinin əlindən alınmasına çalışırlar:

“Obyektə daxil olaraq hədə-qorxu gəlirlər. Əsas məqsədləri Ekologiya Nazirliyi və Meşə Təsərrüfatı İdarəsinin razılığı əsasında inşa olunmuş yüngül konstruksiyalı tikintini sökməkdir. Bununla yanaşı, Yerli Meşə İdarəsinə təzyiq göstərilərək restoranla bağlanmış qanuni müqavilənin ləğvi tələb olunub”.



İddilarla bağlı Quba Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Quba rayonunun “Qəçrəş yolu” ərazisində (meşə massivində) (Xınalıq restoranı) Vəliyev Əli Əmir oğlu və onun qızları tərəfindən dövlət mülkiyyətində olan meşə fonduna aid torpaq sahəsində ərazi hasarlanaraq özbaşına tikinti və quraşdırma işləri aparıldığı müəyyən olunub: “Həmin şəxslərə qeyd olunan qanunsuz əməllərin dayandırılması barədə xəbərdarlıqlar edilsə də, hər hansı nəticəsi olmayıb. Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 19 iyun 2025-ci il tarixdə çıxarılmış “Tikinti işlərinin dayandırılması barədə” 0461 nömrəli qərara da Vəliyev Əli Əmir oğlu tərəfindən məhəl qoyulmadan, (ora vurulmuş qadağan lentlərini qırararaq) özbaşına işlər davam etdirilir./Qafqazinfo

Xəbər 1984 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.10.2025  11:47 

Üçüdə prokurorluqda dindirildi

30.10.2025  11:05 

Baş həkim təyin edildi

30.10.2025  09:54 

Faktiki hava açıqlandı

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ


BÜTÜN XƏBƏRLƏR +