Bakıda şirkət rəhbəri həbs edildi
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
Qadın sürücülərdən 111-i taksi sürür
Paltarlı halda dənizə girdi və üzməyə başladı
Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək


09.09.2025  17:07 

Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib





A+  A-

Hacıqabul rayonunda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib.

XəzərNews.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Hacıqabul rayonu, Şorbaçı kəndi ərazisində baş verib.

Rayonun 2-ci Udulu kənd sakini, 1992-ci il təvəllüdlü Tarix Məmmədov 2014-cü ildə ailə həyatı qurub. Onun birgə nikahdan iki övladı olsa da, 2017-ci ildə boşanıb və heç bir yerdə işləməyib.

Bir müddət əvvəl kafedə spirtli içki qəbul etdikdən sonra qardaşı ona zəng vuraraq Paşalı kəndinə getməyi və oradan avtomobil ehtiyat hissəsi almağı xahiş edib. Spirtli içki qəbul edən Tarix Məmmədov sürücülük hüququ olmadan qardaşına məxsus avtomobillə həmin ünvana gedib.

O, Şorbaçı kənd orta məktəbinin qarşısında azyaşlı, 5-ci sinif şagirdi olan G.N.-i görür və ehtiraslanır. O, avtomobilini saxlayıb qıza maşına minməyi xahiş edir. Azyaşlı qız tanımadığı maşına minmədiyini bildirsə də, Tarix onu və atasını tanıdığını bildirir. O təklif edir ki, qızı evlərinə aparsın. G.N Tarixə inanıb avtomobilə əyləşir. Bir müddət yol getdikdən sonra qız görür ki, Tarix avtomobili onların evi tərəfə deyil, başqa istiqamətə sürür. Azyaşlı ondan hansı istiqamətə getdiyini soruşanda, Tarix "Səni gəzməyə aparıram, gəzək, sonra evinizə qaytaracağam" deyir.

Tarix dağlıq ərazidə avtomobili saxlayaraq avtomobilin arxa oturacağına keçib qızı soyundurur. Daha sonra o, 10 yaşlı qıza seksual xarakterli hərəkətlər edir, qeyri-təbii yolla onunla cinsi əlaqədə olur. Daha sonra Tarix avtomobillə qızı evlərinə yaxın ərazidə düşürüb yoluna davam edir.

Avtomobildən düşən azyaşlı çantasındakı qələmlə avtomobilin nömrə nişanını əlinə yazır və evlərinə qaçıb hadisəni anasına danışır. Qızın valideynləri hadisə barədə polisə məlumat verir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Tarix Məmmədov avtomobili ilə birlikdə kənd ərazisində aşkar edilərək saxlanılır və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilir.

Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə Tarix Məmmədov 18 il 6 ay azadlıqdan məhrum edilir.

Xəbər 2825 dəfə oxunub.




22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +