Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır
2 milyon 464 min manat rüşvət almışdı...
MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir


21.05.2020  13:02 

Seymur Orucov icra başçısı təyin edildi





A+  A-

Prezident Ağstafaya yeni icra başçısı təyin edib.
XəzərNews.az xəbər verir ki, sərəncama əsasən, Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, S. Orucov YAP Gənclər Birliyinin sədridir.

1984- cü il təvəllüdlü S. Orucov Naxçıvan Muxtar Respublikasında anadan olub.

2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub, daha sonra elə həmin universitetdə magistratura oxuyub.

2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.

O, 2010-cu ildə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib, 2011-ci ildə isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.

Qeyd edək ki, S. Orucov sabiq deputat və rektor Şəmsəddin Hacıyevin kürəkənidir.

Xəbər 4013 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +