Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır
2 milyon 464 min manat rüşvət almışdı...
MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir


15.04.2019  16:19 

Problemli kreditlərə görə kompensasiyanın VERİLMƏ VAXTI elan edildi





A+  A-

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə güzəşt əldə edən vətəndaşlara aprel ayının sonundan etibarən kompensasiyaların verilməsinə başlanacaq.
Bu barədə XəzərNews.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev məlumat verib.

Palata rəsmisinin sözlərinə görə, kompensasiya ödənişlərinin tam olaraq may ayının sonlarında yekunlaşdırılması planlaşdırılır:

“Bank müştərisi olan vətəndaşlara bank vasitəsilə SMS göndəriləcək. Bağlanmış bankların müştərisi olan vətəndaşlar, yaxud kreditini ödəmiş və fərmanla kompensasiya alacaq vətəndaşlara “Azərpoçt” tərəfindən SMS göndəriləcək”.

E.Allahverdiyevin sözlərinə görə, vətəndaşlar kompensasiyanın 500 manatadək hissəsini növbəlilik prinsipi əsasında nağd, 500 manatdan yuxarı hissəsini kart vasitəsilə ala biləcəklər”.

Xəbər 2924 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +