Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır
2 milyon 464 min manat rüşvət almışdı...
MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir


17.11.2025  14:05 

Əməkdar artist xəstəxanaya yerləşdirildi -FOTO





A+  A-

Dörd gün olar ki, atam Milli Onkologiya Mərkəzindən Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürmüşük.

XəzərNews.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

"Səhhətində hər hansı bir dəyişiklik yoxdur. Beyninə gedən qan damarlarının sıxılması səbəbindən beyinə qansızma baş verib. Damarların sıxılmasına səbəb isə boğazında olan şişlərdir. Ona görə də Milli Onkologiya Mərkəzində dedilər ki, bu artıq bizim xəstəmiz sayılmır, ona görə də burada saxlamağın mənası yoxdur. Çünki onun bədən hərəkəti bərpa olunmalıdır ki, sişlərlə bağlı yenidən əməliyyata gələ bilsin. Ona görə də məcbur qalıb köçürdük Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə. Hazırda müalicəsi davam edir, görək necə olacaq. Sifətində ağrılara qismən reaksiya olsa da, əl-qolu hərəkətsizdir. Beyin tam ölməyib, az da olsa reaksiya var, gözünü açıb ətrafa, sağa, sola baxır, amma bədən tam hərəkətsizdir və danışa da bilmir. Vəziyyəti bu gün üçün çox ağır qiymətləndirilir", - deyə Y.Muradov bildirib.



Xəbər 1137 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +