Gələn il pensiyalar nə qədər artacaq?
Finlandiya sərhəddə tikdiyi hasarı tamamlayır
Rus ordusunda intiharlar davam edir
Hikmət Hacıyev İran rəsmisi ilə görüşdü
“Azərişıq“ yoxlamalara başladı
Ermənistan KTMT-dən de-fakto uzaqlaşıb - Politoloq
Özünü yandıraraq keçiddən atmaq istədi
Qəza: Avtomobil göyə uçdu - Video
“TikTok“da qeyri-etik paylaşımlar edən saxlanılıb
Pozğun bir ailənin üzvləri kimiyik... - Aqşin Yenisey


03.01.2023  18:21 

Qobustandakı ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb





A+  A-

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb, ölən sürücünün kimliyi məlum olub.

XəzərNews.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Qeyd edilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Bildirilib ki, hadisə zamanı ölən şəxs Heydərov Nizami Qədir oğludur.

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi bu gün Bakı-Qazax yolunun 55-ci km-də qeydə alınıb.

Belə ki, “Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, 99-ZD-593 dövlət qeydiyyat nişanlı və “KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.
Əraziyə dərhal BDYPİ-nin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Daha sonra yanğın söndürülüb.

Nəticədə “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin sürücüsü həyatını itirib.

Xəbər 2762 dəfə oxunub.




27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb

26.11.2025  12:22 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +