Gələn il pensiyalar nə qədər artacaq?
Finlandiya sərhəddə tikdiyi hasarı tamamlayır
Rus ordusunda intiharlar davam edir
Hikmət Hacıyev İran rəsmisi ilə görüşdü
“Azərişıq“ yoxlamalara başladı
Ermənistan KTMT-dən de-fakto uzaqlaşıb - Politoloq
Özünü yandıraraq keçiddən atmaq istədi
Qəza: Avtomobil göyə uçdu - Video
“TikTok“da qeyri-etik paylaşımlar edən saxlanılıb
Pozğun bir ailənin üzvləri kimiyik... - Aqşin Yenisey


10.12.2022  09:55 

Bacısı başqa kişilərlə... - Dəhşətli qətlin təfərrüatları





A+  A-

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Şabranda bacısını öldürməkdə təqsirləndirilən Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd: 2021-ci il dekabrın 4-də Şabran rayonunun Çaraq kənd sakini, 1998-ci il təvəllüdlü Nəcibə İsayevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şabran Rayon Prokurorluğunda başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılan istintaqla zərərçəkmişin qardaşı, 1992-ci il təvəllüdlü Rüfət Quliyevin birgə yaşadıqları evin həyətində qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı Nəcibə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rüfət Quliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Nəcibə İsayeva rəsmi nigahda olduğu ərindən ayrıldıqdan sonra 2018-ci ildən Şabran rayonu, Çaraq kəndindəki atası evində Rüfət Quliyevlə birlikdə yaşayıb. Qadının əri ilə münasibətinin pisləşməsinə səbəb həyat yoldaşının onu bir neçə dəfə başqa kişilərlə telefonla danışdığını tutması olub.

Lakin buna baxmayaraq, Nəcibə atası evində də mobil telefon vasitəsi ilə başqa kişilərlə ünsiyyətə girib.

Rüfət Quliyev ifadəsində deyib ki, bacısının telefonun mesaj bölməsinə baxdıqda “Ürəyim” adı altında qeyd eləmiş şəxslə sevgi və açıq saçıq danışıqlarının olduğunu görüb. Mesajları oxuduqdan sonra hədsiz əsəbləşərək onu hamam otağından çıxarıb şillə və yumruqla üz nahiyyələrinə vurub, qadına özünü öldürməyini, bunu etməsə özü onu öldürəcəyini bildirib. Bacısı isə qaçıb atasının ətəyindən yapışaraq yalvarıb. Nəcibə təxminən saat 21 radələrində yaşadıqları evin həyətyanı sahəsində olan anbar kimi istifadə edilən tikilinin içərisinə girərək içəridən qapını bağlayıb.

Qapının arxasından yalvararaq onu bağışlamağını, bir daha belə bir şey etməyəcəyini bildiririb, qapını cəftəsindən çıxartıqda, qadın tikilinin içərisindən çıxaraq evə doğru qaçmaq istəyib. Bu zaman Rüfət tikilinin qarşısında cibində olan bıçağı çıxarıb onun qarın, bel və baş nahiyyəsinə çoxsaylı zərbələr endirib.Bunun nəticəsində Nəcibə tikilinin qarşında qan içərisində yerdə uzanılı vəziyyətdə qalıb.

Xatırlatma: Nəcibənin 2 övladı var./Pravda.az

Xəbər 2759 dəfə oxunub.




27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb

26.11.2025  12:22 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +