“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


28.11.2019  17:52 

KTMT-yə sədrlik Rusiyaya keçdi





A+  A-

Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlət başçılarının Bişkekdə keçirilən sammiti zamanı sədrliyi Rusiyaya verib.
XəzərNews.az-ın “Sputnik Qırğızıstan”a istinadən verdiyi xəbərə görə, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov rusiyalı həmkarı Vladimir Putini KTMT sədrliyinə qəbul edilməsi münasibətilə təbrik edib.

“Fürsətdən istifadə edərək Vladimir Vladimiroviçi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasına sədrlik etməsi münasibətilə təbrik edirəm və ona böyük uğurlar arzulayıram”, -deyə Qırğızıstan Prezidenti bildirib.

Öz növbəsində Rusiya Prezidenti Qırğızıstanı uğurlu sədrliyi münasibətilə təbrik edib: “Mən əmin olmaq istəyirəm ki, Rusiya tərəfi təşkilatın fikirlərinin davamlılığını təmin edəcək və əməkdaşlıq ruhunda konstruktiv və əsaslı işləri davam etdirəcək”.

Qeyd edək ki, iclasda KTMT ölkələrinin rəhbərləri 15 sənəd imzalayıb. Tərəflər qlobal və regional təhlükəsizliyin gücləndirilməsi məqsədilə beynəlxalq qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin Tacikistan-Əfqanıstan sərhədində gərginliyin azaldılmasına yönəldilmiş əlavə tədbirlər barədə razılığa gəliblər.

Xəbər 3165 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +