Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


22.01.2018  19:54 

Qanunsuz miqrasiya kanalı təşkil edənlər saxlanıldı





A+  A-

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı 14 nəfər Pakistan İslam Respublikası və 1 nə­fər Hindistan Res­­pub­li­ka­sı və­tən­da­şı sax­­­lanılıb.
DMX-dən XəzərNews.az-a verilən məlumata görə, araşdırma zamanı ölkədə qanunsuz ya­şadığı üçün DMX tərəfindən saxlanılmış Hin­dis­tan vətəndaşı Nema Devi Haibamın əsasən Şərq ölkələri vətəndaşlarının Azər­bay­can əra­zisindən tranzit kimi istifadə etməklə Avropa, Ukrayna, Rusiya Fede­ra­siyası və Türkiyə istiqamətində qanunsuz miqrasiya kanalını təşkil etdiyi məlum olub.

Digər şəxs - “Şah” ləqəbi ilə tanınan Pakistan vətəndaşı Syyed Muhammed Farrukh Razı Avropa istiqamətində getməkdə maraqlı olan əcnəbilərə vasitəçilik etməklə onların N.D.Haibamın qurbanlarına çevrilməsinə şərait yaradıb.

N.D.Haibam Avropaya getmək üçün Pakistan vətəndaşları Nadeem Muhammad və Shahzad Adnana Pakistanda yaşayan şəxslərin köməkliyi və iştirakı ilə müəyyən məbləğ qarşılığında saxta Şengen vizaları alıb. Lakin adıçəkilən Pakistan vətəndaşlarının bu il yanvarın 12-də Azərbaycan ərazisini İtalya istiqamətində tərk etmək cəhdləri baş tutmayıb. Belə ki, N.D.Haibam vədini yerinə yetirməyib və “viza”ları onlara təqdim etmyib.

Həmçinin N.D.Haibam daha 6 əcnəbi ilə birbaşa razılaşma əl­də edib, onların hər birini yalan vədlərlə aldatmaqla qanunsuz miqranta çe­vir­ib. Bundan əlavə, araşdırma zamanı N.D.Haibamın Amerikaya və digər ölkələrə əc­nə­bi­lə­rin qanunsuz yollarla göndərilməsini beynəlxalq səviyyədə təşkil edən şəxslərlə əlaqələr ya­rat­dığı müyyən olunub.

Beləliklə Nema Devi Haibam və Syyed Muhammed Farrukh Razı əcnəbiləri inandırmaqla onların küllü miqdarda vəsaitini mənimsəyib və qanunsuz miqrasiyaya zəmin yaradıb. Qeyd olu­­nan əc­nə­bi­lə­­rin qanunsuz əməlləri tam sübuta yetirilib, faktlar öz təs­diqini tapıb və qanunsuz miqrasiya kanalını təşkil edən şəxslər ifşa edilərək zə­rərsizləşdirilib.

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mübarizə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

Xəbər 3056 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +