Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


03.10.2025  12:10 

Rusiyadan qayıdan kişi bacısı qızının başını kəsib





A+  A-

Rusiyadan Azərbaycana qayıdan kişi bacısı qızının başını kəsib.

XəzərNews.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayonunun Masazır kəndində baş verib.

1967-ci il təvəllüdlü Şakir Rzayev uzun müddət Rusiyada yaşayıb. 2015-ci ildə onun bacısı qızı Türkan Abdurəhmanova Rəşad adlı şəxslə ailə qurub, Rusiyaya köçüb. 6 aydan sonra Türkanın sənədləşmə işlərində problem yarandığı üçün o, yenidən Azərbaycana qayıdıb. Sonradan onun həyat yoldaşı da Azərbaycana gəlir, bir müddət Azərbaycanda qalandan sonra ailəsi ilə birlikdə yenidən Rusiyaya qayıdırlar.

2023-cü ildə anasının təkidi ilə Türkan yenidən Azərbaycana qayıdır və Masazır bələdiyyəsində işə düzəlir. O, həmin vaxtdan sonra həyat yoldaşından ayrı, Masazırda yaşamağa başlayır.

Türkan Masazır kəndində ipoteka ilə mənzil götürmək üçün həyat yoldaşına müraciət edir. Həyat yoldaşı ilkin ödəniş üçün ona 15 min manat göndərir. Türkan ev alır və iki azyaşlı övladı ilə həmin evdə yaşayır. Evin aylıq ödənişini isə həyat yoldaşı Rusiyadan göndərir.

Bir gün Şakir Rusiyada eşidir ki, bacısı qızı Türkan Azərbaycanda əxlaqsızlıq edir. O, bu barədə Türkanın həyat yoldaşına məlumat verir. Daha sonra o, qısa müddətə Azərbaycana gəlir və Türkanın anası ilə bu barədə danışır. O, bacısına bildirir ki, Türkan ipoteka ilə aldığı evdə yad kişilərlə görüşür və ona görə də Rusiyaya qayıtmaq istəmir. Şakirin bacısı onun dediklərinə məhəl qoymur.

Şakir Masazıa gələrək Türkanla görüşür və onun barəsində söz-söhbət yayıldığını deyir. Türkan isə əsəbi halda dayısına "Sən kimsən ki, mənim ailə məsələmə qarışasan?" deyib ondan uzaqlaşır.

Səhəri gün yenidən Türkanın yaşadığı binanın həyətinə gələn Şakir Türkanın işdən çıxmasını gözləyir. Türkan saat 14 radələrində işdən evlərinə nahara gələrkən binanın qarşısında dayısı Şakirlə rastlaşır və onu evlərinə dəvət edir. Şakir isə ona yenidən barəsində söz-söhbət yayıldığını deyir. Türkan yenidən Şakirə qışqıraraq onun həyatına müdaxilə etmək ixtiyarı olmadığını bildirir. Şakir üzərində gəzdirdiyi bıçağı çıxararaq, ona sifətindən xəsarət yetirəcəyini deyir. Bu vaxt Türkan onun üstünə atılaraq dayısını təhqir edir. Şakir bıçaqla ona xəsrət yetirir. Daha sonra o, binanın giriş blokunda Türkanı yerə yıxaraq, onun boğazını kəsir. Bununla ürəyi soyumayan Şakir bacısı qızına bıçaqla 4 zərbə endirib qətlə yetirir.

Türkanın tam öldüyünə əmin olan Şakir həmin vaxt blokda olan qonşuya yaxınlaşaraq, polisə zəng etməsini xahiş edir. Hadisə yerinə polis əməkdaşları gəlir və Şakir onlara təslim olur.

Faktla bağlı cinayət işi başlanır, iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilir.

Məhkəmnin hökmü ilə 1967-ci il təvəllüdlü Şakir Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilir.

Xəbər 2633 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +