Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


21.11.2022  19:02 

İlk dəfə 16 yaşında ailə quran, 3 dəfə ərə gedən Ebru Gündəş kimdir?





A+  A-

Ebru Gündəş ilk əri Həmdi Vardarla 16 yaşında ailə qurub. 2002-ci ildə boşanaraq vəkil Ömər Durakla evlənib. O, 2010-cu ildə iranlı azərbaycanlı iş adamı Rza Zərrabla üçüncü evliliyini edib. Cütlük 2021-ci ildə boşanıb. Onların Alara adlı bir qızı var. 2022-ci ilin mayında münasibətləri başlayan və toy xəbəri gözlənən Ebru Gündeşlə iraqlı sevgilisi Rassan Xoşnəv yollarını ayırıb.

Ebru Gündeş 12 oktyabr 1974-cü ildə İstanbulda anadan olub. Maddi imkansızlıq üzündən təhsilini yarımçıq qoyan Gündəşin səsinin gözəlliyini ailə dostu kəşf edib. Ailə dostu onu musiqi prodüserinin yanına aparıb.

Ebru Gündəşin səsinə heyran olan Nəşə Demirkat onu məşhur prodüserlər Koral Sarıtaş və Səlçuk Tekayla tanış edib.

Gündeş ilk səhnə təcrübəsini 1991-ci ildə Koral Sarıtaşın rəhbərliyi ilə Emel Sayın üçün vokalçı kimi alıb.

Ebru Gündəş 1993-cü ildə "The God Guest" adlı ilk albomunu buraxıb. Gündeş həmin albomla milyonlar qazanıb.

İlk albomundan sonra "Tatlı Bela"nı buraxıb.

1999-cu ildə studiyada `Dön Ne Olur` adlı albomunun təqdimatı zamanı mətbuat mənsublarının gözü qarşısında beyin qanaması keçirib. Həmin vaxt cəmi 25 yaşı olan Ebru Gündəş uzun müddət istirahət edib və peşəkar musiqidən uzaqlaşıb.

Gündəş xəstəlikdən sonra ilk konsertini 2000-ci il martın 11-nə keçən gecə Bostancı Şou Mərkəzində verib. Və konsertdən gələn qazancını Haydarpaşa Nümunə Təhsil və Araşdırma Vəqfi Xəstəxanası Reanimasiya Klinikasına bağışlayıb.

Lalə
XəzərNews.az













Xəbər 2797 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +