Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


28.03.2022  10:45 

“Furux“ yoxsa “Fərrux“: Rusya nə etmək istəyir?





A+  A-

Söhbət son günlər Azərbaycana qarşı açıq-aşkar qərəzli, təxribatçı mövqe tutmuş Rusiya Müdafiə Nazirliyindən (MN) gedir.

Ordumuz Fərruxdan geri çəkilməyib. Ruslar yalan deyir. Biz Rusiyanın ermənipərəst nazirliyinin məlumatlarına yox, öz Müdafiə Nazirliyimizin məlumatlarına inanaq.

Məsələ burasındadır ki, Rusiya MN hüquqazidd ritorikasını davam etdirərək bu günkü açıqlamasında guya aparılan danışıqlardan sonra Azərbaycan Ordusunun Fərrux yüksəkliyindən geri çəkildiyini iddia edib.

Rusiya MN həmin gündəlik xəbər bülletenindəki məlumatda yenə də Fərrux (rusca Farrux) əvəzinə “Furux” adından istifadə edib.

Azərbaycan Müdafiə Nazirliyi öz növbəsində Rusiya MN-in bu dezinformasiyasını ifşa edən və əsl həqiqəti əks etdirən məlumatı açıqlayıb.

Açıqlamanın tam mətni:

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir.

Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.

Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.

Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.

Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycanın Xocalı rayonunda "Furux" adlı kənd yoxdur. Qeyd edilən kəndin adı FƏRRUXDUR. Ümid edirik ki, növbəti açıqlamalarda kəndin adı düzgün formada göstəriləcəkdir".

P.S.

Azərbaycan MN-in bu cavabı da yəqin ki, Rusiya MN-dəki ermənipərəstlərə şillə kimi dəyəcək.

P.P.S.

Rusiya MN-in bu günkü məlumatında ən çox diqqəti çəkən məqam Azərbaycan MN-in dünənki xəbərdarlığına baxmayaraq yenə də Fərrux kəndinin adını "Furux" kimi göstərməsidir. Azərbaycan Müdafiə Nazirliyi ötən gün Rusiya MN-ə "Dağlıq Qarabağ" kimi, "Furux" adlı yaşayış məntəqəsinin də olmadığını, həmin kəndin Fərrux (rusca Farrux) olduğunu bildirmiş və inzibati ərazi vahidlərinin adını çəkərkən Rusiya MN-in qanunauyğun davranmasını, Azərbaycanın yer adlarının bülleten və bəyanatlarda düzgün qeyd edilməsini istəmişdi. Lakin Rusiya MN hələlik özünü hozu kimi, hegemon kimi aparır. Bizim haqlı tələblərimizi qəsdəən nəzərə almaq istəmir. Amma alacaq.

Bəybala Mirzeyev

Xəbər 3754 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +