TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


20.02.2021  20:08 

“Nə vaxta qədər bir “durbanın“ ümidinə qalacağıq?“ - Natiq Cəfərli





A+  A-

“2021-ci ilin yanvar ayında Azərbaycandan 833 çeşiddə mal ixrac olunub. Bu illik müqayisədə 22,4% azdır”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.

O bildirib ki, ixrac olunan məhsulların çeşidi çox ciddi şəkildə azalıb və bunun pandemiya ilə əlaqəsi yoxdur. Çünki sərhədlərin bağlı olması mal idxalı və ixracına çox az təsir edir. Məsələn, yanvar ayında ölkəyə 4752 çeşiddə məhsul idxal edilib ki, bu da keçən ilə nisbətən cəmi 2,7% azdır, azalma səbəbi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir”.

Natiq Cəfərlinin sözlərinə görə, tək çeşid deyil, həcm də azalır: “2020-ci ildə qeyri-neft sektoru üzrə ixrac 2019-cu illə müqayisədə 102 milyon ABŞ dolları və ya 5,2% azalıb.

Bəs ixrac niyə azalır?! Bəs hanı bu sahənin inkişafı?! Bəs nə oldu qeyri-neft sektoru?! Nə vaxta qədər bir “durbanın” ümidinə qalacağıq?! Yaxşı, indi OPEC- lə neft müvəqqəti 63-65 dollar oldu, sabah İran bazara girəndə, apreldə Səudiyyə könüllü azaltdığı hasilatı bərpa edəndə, ABŞ-da hava isinib hasilat bərpa olunanda, Liviya 1 aydan sonra bazara əlavə 800 min barel neft çıxaranda nə olacaq?! Axı bizdə hasilat da azalır, indiki müvəqqəti qiymət artımı bir tək hasilatın azalmasını kompensasiya edir – bunu da anlamırlarmı?! Qeyri-neft sektoru yeni simalar, amma köhnə qaydalarla inkişaf edə bilməz, çünki əsas şəxslər deyil sistemdir”.

Xəbər 4679 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +