Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib


25.09.2025  10:51 

5 ildir tikintisi bitməyən bina – Sakinlər kirayədə qalır





A+  A-

Bakı şəhəri, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 3005-ci məhəllədə “Şərq İnşaat” MMC tərəfindən inşa olunan çoxmərtəbəli binanın tikintisi 5 ildir yekunlaşmır.

XəzərNews.az xəbər verir ki, vətəndaşlar bu şikayətlə Baku TV-yə müraciət edib.

Sakinlərin sözlərinə görə, uzun müddətdir şirkət tərəfindən iki blokdan ibarət binanın tikintisinə başlanılıb. Əsas beton konstruksiya işləri yekunlaşsa da, bina hələ də təhvil verilməyib.

Onlar bildirib ki, layihəyə görə, hər iki binada ümumilikdə 147 mənzilin tikintisi nəzərdə tutulub. Onlardan 30 mənzil ərazidəki qəzalı binanın sökülməsi nəticəsində evsiz qalan sakinlərə məxsusdur. Həmin şəxslər hazırda kirayədə yaşayırlar.

Şikayətçi Anar Musayevin sözlərinə görə, mənzili daxili kreditlə alıblar: “Təəssüflər olsun ki, binanın tikintisinin bitmə vaxtı göstərilməyib. Lakin 5 ilə yaxındır ki, təhvil verilmir. Əlimdə müqavilə, maliyyə arayışları var, ödənişimi tam bitirmişəm. 5 ildir evimizə köçə bilmirik. Mənlə bərabər digər sakinlər arasında da kirayədə qalanlar var. Bildiyiniz kimi, kirayə qiymətləri də çox yüksəkdir. Qurumlara da müraciət etmişik, amma ürəkaçan cavab ala bilmirik”.

Nəsimi Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin böyük məsləhətçisi Ələsgər Rüstəmov vətəndaşların məsələ ilə bağlı RİH-ə müraciət etdiklərini deyib: “Bu barədə “Şərq İnşaat” MTK-nın rəhbərinə müvafiq tövsiyə məktubu vermişik. Şirkətin rəhbər heyətinin iştirakı ilə vətəndaşlarla görüş keçirilib. Onlar öhdəliklərini qısa müddətdə tamamlayıb təhvil verəcəklərini bildiriblər. Yaxın müddətdə bu məsələ öz həllini tapacaq”.

Ətraflı videomaterialda:





Xəbər 3481 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +