Zelenski ABŞ-a səfər edə bilər
101 nəfər Azərbaycana readmissiya edilib
“Max Group” MMC dələduzluqda ittiham olunur
Zabitlərin hərbi xidmət müddəti 6 ay azaldılır
Ukrayna ordusu “Beriyev” zavoduna zərbələr endirib
İmamoğlu məhkəməyə çıxarılır
Daha bir vəkilin işinə xitam verildi
“Hansı yerli avtomobil, hansı istehsal? - Etiraz
Qurbanov bənzərsiz bir fenomendir
Sabah bu ərazidə qaz olmayacaq


24.11.2025  10:20 

Güney azərbaycanlılardan şimala çağırış: Səsimizi ucaldın





A+  A-

Güney Azərbaycanın cənub hissəsində – Qaradağ bölgəsi, Culfa və Biləsuvar rayonlarının meşə sahələrində bir neçə gündür davam edən yanğın genişlənməkdə davam edir. Şərqi Azərbaycan Fövqəladə Hallar İdarəsinin rəhbəri “yanğının söndürülməsi üçün helikopterlərin cəlb ediləcəyini” bildirsə də, yerli mənbələr bölgəyə heç bir texnikanın göndərilmədiyini açıqlayır.

XəzərNews.az xəbər verir ki, alov sürətlə yayılır, yaxın kəndlərə qədər tüstü çatır. Əhali və könüllülər əl alətləri bel, kürək və su şlanqları ilə yanğının qarşısını almağa çalışırlar. Rəsmi xilasedici qüvvələrin müdaxilə etməməsi əhali arasında ciddi narazılıq yaradıb.

Qaradağın Nəmməq bölgəsində başlayan və geniş əraziləri əhatə edən yanğın hazırda nəzarətdən çıxmaq üzrədir. Nəmməq və Üçtibin kəndlərinin məsul şəxsləri dövlət qurumlarını biganəlikdə ittiham edərək təcili dəstək çağırışı ediblər. Güclü külək isə vəziyyəti daha da ağırlaşdırır, alovun yayılma sürətini artırır.

Yerli mənbələr dövlətə yaxın media qurumlarının “yardımlar göndərilir” iddialarını təkzib edir. Bildirilir ki, yanğınla mübarizə faktiki olaraq yalnız könüllülərin və yerli əhalinin üzərində qalıb.

Yanğının dəqiq miqyası və dəymiş ziyan barədə rəsmi məlumat hələlik açıqlanmayıb.

Bölgədə yaşayan soydaşlarımız Quzey Azərbaycana müraciət edərək yardım səslərinin eşidilməsini istəyiblər:

“Qaradağlarımız yanır… Meşələrimiz, otlaqlarımız, kəndlərimizin ətrafı alov içindədir. Yerli imkanlar yanğını dayandırmağa yetmir. Dövlət kömək etmir, havadan dəstək lazımdır. Güneyli soydaşlar olaraq Quzeydəki qardaş-bacılarımıza səslənirik: Ellit meşəsində etdiyiniz kimi, Qaradağ üçün də səsimizi ucaldın. Hər paylaşım bir ağacın, bir canlı varlığın, bir kəndlinin həyatını xilas edə bilər. Qaradağ yanır, susmayaq.”

Xəbər 1317 dəfə oxunub.




25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq

25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın


BÜTÜN XƏBƏRLƏR +