Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


25.01.2024  20:38 

QDF-nun Müşahidə Şurasının növbəti iclası keçirilib





A+  A-

Qarabağ Dirçəliş Fondunun (QDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Xəzərnews.az xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin deputatı Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycanın Xalq artisti Alim Qasımov, eyni zamanda, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

İlk olaraq Müşahidə Şurasının sədri Mikayıl Cabbarov Şuranın üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) prezidenti seçilməsi münasibətilə Şura üzvləri adından təbrik edib, sözügedən tədbirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.

Qeyd olunub ki, COP29 kimi nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi dövlətimizin növbəti triumfudur.

Daha sonra Şuranın sədri gündəlikdə olan məsələləri, o cümlədən Fondun 2024-cü il üzrə büdcəsinin təsdiq olunması, bərpa və yenidənqurma işlərinə maliyyə dəstəyinin göstərilməsi qaydalarının təkmilləşdirilməsi, kənar auditorun təsdiq edilməsi və digər müvafiq məsələləri müzakirəyə çıxarıb.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına bununla bağlı ətraflı məlumatı təqdim edib.

Qeyd edək ki, bütün müzakirə olunan məsələlərlə bağlı Şura üzvləri tərəfindən müvafiq qərarlar qəbul olunub. Şura üzvləri Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri ilə bağlı razılıqlarını ifadə edib, İdarə Heyətinin sədrinə müvafiq tapşırıqlar veriblər.//Yenisabah.az

Xəbər 1820 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +