Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


23.01.2022  14:26 

Savaş başlasa: Nə ruslar qalib gələcək, nə də ukraynalılar...





A+  A-

Qaradaş savaşından uduşlu çıxan ya onları dalaşdıran olar, ya da barışdıran.

Emosiyalar səngidikdən sonra qardaşlar onları dalaşdırana nə qədər lənət oxuyar və nifrətlə baxarlarsa, barışdıranı da daha çox rəğbət və məhəbbətlə yad edərlər.

Bu gün bir-biriylə böyük bir müharibə həddinə çatdırılmış iki slavyan qardaşı – rusları və ukraynalıları bir-birinə düşmən edən güc bəllidir: amerikalılar.

Bu iki slavyan qardaşı toqquşmadan yayındırıb, barışdırmağa çalışanların da kimliyi aydındır – türklər; Türkiyə və Azərbaycan prezidentləri.

Amerika strateqləri uzun illərdir ki, Ukraynaya Rusiyanın çəkilib salınacağı və sonra da məcburən ABŞ-a əl uzadacağı ən böyük bataqlıq kimi baxırlar. Ona görə də bir tərəfdən Rusiyanı, o biri tərfdən də Ukraynanı aşkar savaşa təhrik edir, toqquşmadan geriyə yollarını bağlayırlar.

Ancaq savaş başlasa, nə ruslar qalib gələcək, nə də ukraynalılar: qızışdırıcı təhriklərə baxmayaraq, Ukrayna ordusu Rusiya ordusu qarşısında davamlı duruş gətirə bilməyəcək, məğlub olacaq, nəticədə, Ukrayna parçalanacaq; Rusiya isə Avropayla sərhədində 50 milyonluq daha bir slavyan qardaşı və qonşusuyla qan düşməninə çevriləcək, əbədi nifrət qazanacaq!



Rusiya və Ukrayna rəhbərliyi geri çəkilmənin zəruriliyini anladıqları bir vaxtda Türkiyə rəhbərliyinin, prezident Ərdoğanın üçlükdə əyləşib danışmaq təklifinə göydəndüşmə fürsət kimi baxmalıdırlar.

Türkiyə prezidentinin görüş təklifi reallaşarsa, bu, türk-slavyan ittifaqı nəzəriyyəsi tərəfdaralarının növbəti uduşuna çevrilə və gələcəkdə Çin-Avropa sərhədləri arasında ortaya çıxacaq yeni güc mərkəzinin formalaşdırılması istiqamətində əhəmiyyətli addım ola bilər.

Putin və Zelenski yeni güc mərkəzinin əsas memarlarından biri olan Ərdoğanın görüş təklifini fürsətə çevirməyi bacarmalıdırlar.

Zamanında durmağı və geri çəkilməyi bacarmayan rüsvayçı məğlubiyyətə məhkum olar!

Elxan Şükürlü

Xəbər 1807 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +