Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


27.01.2020  17:54 

BDU-da 2 prorektor işdən çıxarıldı





A+  A-

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.
XəzərNews.az qurumun saytına istinadən xəbər verir ki, universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə öz ərizəsinə əsasən, tutduğu vəzifədən azad edilərək Rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.

Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn Məmmədov, Ümumi məsələlər üzrə prorektor vəzifəsinə isə Mahir Hüseynov təyin edilib.

Biologiya fakültəsinin dekanı Akif Quliyev səhhəti ilə əlaqədar öz ərizəsinə əsasən, vəzifəsindən azad edilib. Həmin vəzifənin icrası dekan seçkilərinədək müvəqqəti olaraq fakültənin dosenti Çingiz Məmmədova həvalə edilib. Elmi kitabxananın direktoru Sara İbrahimova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Kitabxananın direktoru vəzifəsinə Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Nigar İsmayılova təyinat alıb.

Xəbər 3334 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +