17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib


04.06.2020  13:29 

Türkiyədə 6 nəfər azərbaycanlı koronavirusdan öldü





A+  A-

“Bu günə qədər Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşlarının sayı 20-ni keçib. Bu virusdan dünyasını dəyişən azərbaycanlıların sayı isə altıya çatıb”.
XəzərNews.az xəbər verir ki, bunu REAL TV-yə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim COVID-19-a yoluxan və bu virusdan ölən vətəndaşlarımızla bağlı rəqəmləri açıqlayarkən deyib.

Səfir sərhədlərin açılması və Türkiyədən Azərbaycana uçuşların həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:

“Türkiyə və Azərbaycan qardaş dövlətlərdirlər. İki ölkə arasında münasibətlər o qədər sıxdır ki, bizim münasibətlərdə fərqli addımlar atıla bilər.

Həm Türkiyə, həm də Azərbaycan tərəfi çalışır ki, mümkün qədər, şərait imkan verdiyi çərçivələrdə vətəndaşlarımızın gediş-gəlişi üçün münbit şərait yaratsın. Təbii ki, burada fərqli faktorlar var.

Onlar Azərbaycanda da, Türkiyədə də nəzərə alınır. Karantin şəraiti, nə qədər xəstələnən var. Yəni fərqli-fərqli məqamlar var ki, onlar nəzərə alınacaq. Sərhədlərin açılması ilə bağlı hazırda bir qərar yoxdur”.

Xəbər 2894 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +