Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


05.05.2021  09:21 

Marketdə məhsulları əzib videoya çəkən cütlük saxlanıldı





A+  A-

Marketdə özlərini çəkib yeyinti məhsullarını yararsız hala salanlar saxlanılıb.
XəzərNews.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov “Qafqazinfo”ya bildirib ki, bir neçə gün əvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.

Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.

Rüstəm Orucov izahatında deyib ki, etdikləri zarafat xarakterli olub: “Dəyən zərəri ödəmişik, Azərbaycan xalqından və market rəhbərliyindən üzr istəyirik. Bir daha belə səhvlərə yol verməyəcəyik. Qanun qarşısında məsuliyyət daşımağa hazırıq”.

Xəyalə Vəliyeva da eyni məzmunlu izahat verib.

Xəbər 2663 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +