Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi
Mehdiyevin Xızıdakı villası: Görüntülər paylaşıldı-VİDEO
Milyarder Fərhadın “AzNar”ı bağlandı
Hospitalın vəzifəli şəxsləri həkimin pulunu oğurlayıblar
Kimlər daha az vergi ödəyəcək? - Nazir
Sabah Bakıda 22 dərəcə isti olacaq
Hökumət düşünürmü, nəsə etmək istəyirmi?! - Ekspert
Eyni kabinetdə 13 il: Bəs deyil?
Araz Musayevi bıçaqlayan həbsdən azad edildi


10.09.2020  17:50 

Sabiq deputat da Tofiq Yaqublunun azad edilməsini istəyir





A+  A-

“Tofiq Yaqublunun həbsi ilə bağlı olan məsələyə bu formatda yanaşmaq lazımdır. Hadisə baş verib və hadisəyə hüquqi qiymət verilib. Məhkəmə ona cəza təyin edərkən kifayət qədər humanizmi nümayiş etdirməyib. Yəni ağır cəza verib. Son olaraq Tofiq Yaqublunun barəsində 4 il 3 ay həbs cəzası veriləndən sonra ictimai müzakirələr və müəyyən şəxslər tərəfindən etirazlar səslənməyə başlayıb”.
XəzərNews.az bildirir ki, bu fikirləri Modern.az-a Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Tofiq Yaqublunun həbsi ilə bağlı sualı cavablandırarkən deyib.

Çingiz Qənizadənin sözlərinə görə, hadisənin necə baş verdiyini və istintaqın necə getdiyini müzakirə etmədən onun azadlığa çıxması yolları ilə bağlı məsələ üzərində düşünməliyik:

“Hüquq-müdafiə təşkilatlarının monitorinq qrupunun üzvü kimi eləcə də qrupda təmsil olunan Səadət Bənənyarlı, Novella Cəfəroğlu və digərləri hakimiyyət və hüquq müdafiəçiləri tərəfindən formalaşmış Işçi qrupunun üzvü kimi belə hesab edirəm ki, Tofiq Yaqublunun azadlığa çıxması üçün hüquqi müstəvidə iş aparılmalıdır. Küçələrə çıxıb etiraz aksiyaları və aclıq keçirtməklə müsbət nəticəyə nail olmaq çətindir. Təzyiqlərlə nə məhkəmə, nə də digər şəxslər heç bir güzəştə gedən deyillər. Həmişə monitorinq qrupunun üzvlərinin ortaya qoyduğu xəttə sadiq qalaraq hər bir şeyin sivil və danışıqlar formasında həllinə üstünlük verən biri kimi fürsətdən istifadə edib Tofiq Yaqubluya dərhal aclığı dayandırmağı xahiş etməklə bərabər, onu müdafiə edən şəxslərə üzümü tutaraq bu məsələlərdə sivil formadan kənar yollara əl atılmasının əleyhinə olduğumu bildirirəm”.

Komitə sədri onu da bildirib ki, məsələ ilə bağlı müəyyən təşkilatlara müraciət edəcəklər:

“Son olaraq onu qeyd etmək istəyirəm ki, İşçi qrupunun üzvləri Tofiq Yaqublunun cəzasının yüngülləşdirilməsi və daha yüngül cəza ilə əvəzlənərək onun azadlığa buraxılması üçün müəyyən işləri aparırıq. Yaxın vaxtlarda bununla bağlı müəyyən təşkilatlara müraciətlərimiz olacaq. Hesab edirəm ki, Tofiq Yaqublunun azadlığa çıxması üçün hüquqi müstəvidə aparılan iş öz müsbət nəticəsini verəcək”.

Xəbər 3478 dəfə oxunub.




19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi

18.11.2025  16:37 

Baş nazir qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +