Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


19.04.2017  17:51 

Yanan binayla bağlı iş geri qaytarıldı - Yenidən baxılacaq





A+  A-

Bu gün Bakı Apellyasiya Məhkəməsində 2015-ci il mayın 19-da Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən şəxslər barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakimi İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi vəsatət verərək ilkin instansiya məhkəməsi zamanı qanun pozuntularını yol verildiyini bildiridiblər. Vəkillər qeyd edib ki, iclas protokollarında imzalar yoxdur. Bu səbəbdən işin Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını istəyiblər.

Məhkəmə kollegiyasının qərarı ilə vəsatət təmin edilib və iş yenidən baxılması üçün geri qaytarılıb.

Qeyd edək ki, 2017-ci il yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin binada üzləmə işlərini həyata keçirən “Global Construction” şirkətin təsisçisi Miryusif Mahmudov 8 il, direktoru Uğur Bəşirov 5 il, müavin Ələkbər Əsgərov 4 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər 2669 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +