Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?


18.11.2021  22:51 

Məktəblini güllələyərək öldürən şəxs həbs olundu





A+  A-

Mingəçevirdə 16 yaşlı Xocalı sakinini öldürən şəxsin kimliyi məlum olub.

XəzərNews.az xəbər verir ki, həmin şəxs Ağdam rayonu Abdalgülablı kənd sakini Qasımov Əlixan Nuxa oğludur. O tapançadan açdığı atəşlə Xocalı rayon sakini olan 16 yaşlı məktəbli Kərimov Orxan Tofiq oğlunu öldürüb.

Ə. Qasımov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin səbəbləri hələki məlum deyil.

Qeyd edək ki, "Energetiklər" yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat" qəsəbəsində qeydə alınıb. Belə ki, ərazidə olan park ərazisində iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib. Belə ki, qəsəbənin sakini əvvəllər məhkum olunmuş təxminən 40 yaşlarında Əlixan adlı şəxs odlu silahdan qəsəbənin digər sakini Ağdam rayonu 24 saylı orta məktəbin şagirdi Kərimov Orxan Tofiq oğluna atəş açıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. /unikal.org

Xəbər 4964 dəfə oxunub.



29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +