Azərbaycan XİN Türkiyəni təbrik edib
Paşinyan “sensasion xəbər”i açıqladı
İstanbulda yaşayış binası çökdü -VİDEO
Ağdam rayonuna köç karvanı yola salındı
İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu


25.09.2025  10:32 

Ucarda oğul anasını DÖYDÜ





A+  A-

Ucar rayonunda oğul tək yaşayan anasını döyüb.

XəzərNews.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Rahib Məmmədov (adı və soyadı şərtidir) spirtli içki aludəçisi olduğundan, həyat yoldaşı Bahar və 3 azyaşlı qızı ondan ayrılıb, Ucar şəhəri ərazisində kirayə qalmağa başlayıb. Rahib dəfələrlə onların arxasınca getsə də, qadın geri qayıtmayıb. Nəticədə Rahib evdə tək yaşamağa başlayıb.

Rahibin anası Məlahət isə onunla qonşuluqda tənha yaşayırmış.

Bir müddət əvvəl Rahib yenidən spirtli içki qəbul edib evə gəlib. O, həyətə daxil olarkən, beli həyətdə görməyib və nənəsinin yanına gələn qızını çağırıb, belin yerini soruşub. Qızı bildirib ki, beli nənəsi götürüb və həyətində tərəvəz şitilləri əkib. Ruhin qışqıraraq qızına deyib ki, Məlahətə de, əkdiyi tərəvəzləri dağıtsın. Qadın bunu eşidib onların yanına gəlib Rahibi sakitləşdirmək istəsə də, alınmayıb. Qadın evinə qayıdıb. Bu vaxt Rahib hasardan anasının həyətinə keçərək, onu saçından tutub sürüyüb, yerə yıxaraq yumruq və təpik zərbələri ilə ona xəsarətlər yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.

Ucar Rayon Məhkəməsinin hökmü ilə R.Məmmədov 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Xəbər 3556 dəfə oxunub.



29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +