17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib


23.12.2022  10:48 

Sabiq başçının şikayəti təmin edilmədi





A+  A-

Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevlə bağlı hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı başa çatıb.

XəzərNews.az APA-ya istinadən bildirir ki, Şirvan Apellyasiya Məhkəməsində baxılan iş üzrə qərar elan olunub.

Hakim Rafiq Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti Mahir Quliyevin vəkili tərəfindən verilmiş şikayəti təmin etməyib.

Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin Bakıda fərqli ünvanlarda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.

Xəbər 2523 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +