17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib


23.05.2018  12:28 

Komitə sədri boşanmalara görə jurnalistləri QINADI





A+  A-

“Ailələrin dağılması ciddi problemə çevrilib”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bunun səbəblərin biri də valideynlərin ailəyə müdaxiləsidir: “Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var... Deyirlər, yaşı keçir, evlənməlidir. Bu, yanaşma düzgün deyil”.

S.Novruzov qeyd edib ki, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var.

“Ailədən uzaq insanları mütəmadi olaraq televiziya efirlərinə çıxarırlar. Bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər”.

Komitə sədri qeyd edib ki, ölkədə qız qaçırmaya görə də, adam oğurluğuna görə də eyni maddə tətbiq olunur:

“Bu, düzgün deyil. Bəlkə qız və oğlan bir-birlərini seviblər, valideynlər isə razı olmayıb, onlar da bu cür addım atıblar”.

Xəbər 3225 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +