Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır
2 milyon 464 min manat rüşvət almışdı...
MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir


26.01.2018  13:11 

Hərbi prokurorluğun 11 əməkdaşı cəzalandırılıb





A+  A-

Ötən il hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb.
XəzərNews.az-ın məlumatına görə, bu barədə respublika hərbi prokuroru Xanlar Vəliyev Hərbi Prokurorluqda ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında bildirib.
O, qeyd edib ki, Hərbi Prokurorluğun xidməti vəzifələrini layiqincə yerinə yetirən 20 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib, Azərbaycan Respublikası baş prokurorunun və hərbi prokurorunun müvafiq əmrləri ilə 11 işçi vəzifədə irəli çəkilib. Xidməti fəaliyyətlərində fərqlənmiş 60 əməkdaş həvəsləndirilib, 12 işçi müxtəlif medallarla təltif olunub, 61 əməkdaşa rütbələr verilib.

Kollegiyada hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 11 əməkdaşı Baş prokuror və hərbi prokurorun əmrləri ilə intizam məsuliyyətinə cəlb ediliblər.

Xəbər 3066 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +