17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib


03.02.2025  14:29 

Həbibbəylilərin daha bir “gömrük qaçaqlığı”





A+  A-

Xəbər verildiyi kimi, AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Naxçıvan Gömrük Komitəsinin sabiq sədri Səhət Həbibbəylinin rəhbərliyi dövründə 100 milyonlarla dollar vəsaitin mənimsənildiyi üzə çıxıb.

S.Həbibbəylinin bununla bağlı etiraflarını əks etdirən istintaq materialları mediada yayımlanıb. Lakin S.Həbibbəyli hazırda azadlıqdadır…

“AzPolitika” xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli İsa Həbibbəylinin qardaşı Yaqub Həbibbəylinin Türkiyədən Azərbaycana tekstil idxalı ilə məşğul olduğunu və S.Həbibbəylinin öz vəzifəsindən istifadə edərək, onu gömrük rüsumu və vergilərdən yayındırdığına dair paylaşım edib: “AMEA-nın prezidenti İsa Həbibbəylinin qardaşı Yaqub Əkbər oğlu Həbibbəyli Türkiyədən Azərbaycana tekstil idxalı ilə məşğul olub. İsa Həbibbəylinin oğlu Səhət Həbibbəyli Naxçıvan Gömrük Komitəsinin rəhbəri olarkən o, Türkiyədən gətirdiyi malları gömrük qeydiyyatına aldırmadan sərbəst keçirib.

Sizə bir fakt deyirəm, araşdırılsın görək 2021/11/14 tarixində "Türkaylar" tekstil sanayi ve ticaret anonim şirkətindən Yaqub Həbibbəylinin adına alınmış 11 ton 750 kq çəkisi olan (21079,50 dollar dəyərində) ipliklər gömrük qeydiyyatında keçib yoxsa yox?!”

İddialarla bağlı Yaqub Həbibbəylinin də mövqeyini dərc etməyə hazırıq.



Xəbər 5541 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +