17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib


28.01.2025  14:05 

Bu şəxslərə birdəfəlik ödəniş ediləcək





A+  A-

Son dövrlərdə hərbçilərin maaş artımı ilə bağlı müsbət qərarlar qəbul edilib. Prezident İlham Əliyevin imzaladığı son fərmanlarla hərbçilərin əməkhaqları artırılıb.

Bununla yanaşı, hərbçilərə 13-14-cü maaşların ödənişi mövzusu da gündəmdədir. Bu təşəbbüs, həm dövlətin hərbçilərə göstərdiyi xüsusi diqqəti, həm də onların sosial rifahının daha da yaxşılaşdırılmasını hədəfləyir.

Maraqlıdır, 13-14-cü maaşların ödənişi nə vaxt həyata keçiriləcək?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev Ajans.az-a bildirib ki, hərbçilərə verilən 13-14 maaşla bağlı maliyyələşmə həyata keçirilir:

"Bəli, hərbi qurumların 2025-ci il üçün saxlanılması xərclərində bu məqsədlə müvafiq məbləğdə vəsaitlər nəzərdə tutulub. Belə ki, 2024-cü ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin yerinə yetirilməsinə və nöqsansız intizama görə hərbi qulluqçulara vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafat verilir".

Artıq, hərbi qurumlar tərəfindən təqdim edilmiş müvafiq sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə sözügedən vəsaitin maliyyələşdirilməsi həyata keçirilir",- deyə Mayis Piriyev qeyd etdi.

Xəbər 4987 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +