Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır
2 milyon 464 min manat rüşvət almışdı...
MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir


19.02.2024  11:13 

Lənkəranda və Qusarda azyaşlı qızlar qızılcadan ölüb





A+  A-

Lənkəran rayonunda azyaşlı qız qızılcadan ölüb.

Xəzərnews.az report-a istinadla xəbər verir ki, rayonun Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qusarda 7-ci sinif şagirdi yüksək hərarətdən vəfat edib.

Bu barədə Qusar şəhər 4 nömrəli Tam Orta Məktəb məlumat yayıb.

Bildirilib ki, VII “A” sinfində təhsil alan Naida Yarəhmədova Namiqovna fevralın 17-də dünyasını dəyişib.

İlkin ehtimala görə, N.Yarəhmədova qızılca xəstəliyi səbəbindən səhhətində yaranan ağırlaşma səbəbindən həyatını itirib.

Xəbər 2655 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +