Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


20.10.2025  10:29 

Tramp Rusiyaya da təhlükəsizlik zəmanəti təklif edib?





A+  A-

ABŞ prezidenti Donald Tramp həm Ukraynaya, həm də işğalçı Rusiya Federasiyasına təhlükəsizlik zəmanəti verməyi təklif edib.

XəzərNews.az xəbər verir ki, bu barədə oktyabrın 19-da Reuters danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazıb.

Agentliyin məlumatına görə, oktyabrın 17-də keçirilən gərgin görüş zamanı Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyaya bəzi əraziləri verməyi istəyib. Görüş Ukrayna nümayəndə heyətində məyusluq yaradıb.

Mənbələr bildiriblər ki, Tramp Ukraynanı “Tomaqavk” tipli qanadlı raketlərlə təmin etməkdən imtina edib və həm Kiyev, həm də Moskva üçün mümkün “təhlükəsizlik zəmanətləri”ndən danışıb. Ukrayna tərəfi bu bəyanatları çaşqınlıqla qarşılayıb.

Görüşdən sonra Tramp hazırkı cəbhə xətti boyunca atəşkəs çağırışı edib. Üçüncü mənbənin sözlərinə görə, Zelenski Rusiyaya ərazi verməkdən imtina etdikdən sonra Tramp bu mövqeyini müzakirə zamanı irəli sürüb və “təmas xətti boyunca indi olduğumuz yerdə” razılaşmanı təklif edib.

Oktyabrın 19-da jurnalistlərə açıqlama verən Tramp bu fikrini bir daha təkrarlayıb.

Reuters qeyd edir ki, görüş Ukrayna üçün “fəlakət” olmasa da, Trampı Rusiyanın dərinliklərindəki hədəfləri vura bilən “Tomaqavk” raketləri ilə təminat verməyə inandırmağa çalışan Zelenski üçün aydın məyusluq olub.

ABŞ-ın vitse-prezidenti J.D. Vens isə eyni gün bildirib ki, Tramp hələlik belə tədarüklərin mümkünlüyü barədə qərar qəbul etməyib.

Media yazır ki, son həftələrdə Trampın həm Kiyevə, həm də Moskvaya daha az təzyiq göstərdiyi, buna baxmayaraq Ukraynanı dəstəklədiyi və hətta ələ keçirilmiş ərazilərin geri qaytarılmasının mümkünlüyünü vurğuladığı müşahidə olunur.

Xəbər 2850 dəfə oxunub.



01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +