Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?
Finlandiya sərhəddə tikdiyi hasarı tamamlayır
Rus ordusunda intiharlar davam edir
Hikmət Hacıyev İran rəsmisi ilə görüşdü
“Azərişıq“ yoxlamalara başladı


25.09.2018  23:21 

Oqtay Şirəliyevin qızı mədəniyyət naziri oldu





A+  A-

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Rusiyada yüksək vəzifəyə təyin edilib.
XəzərNews.az “Rambler.ru”ya istinadən xəbər verir ki, 44 yaşlı Şirəliyevaya Moskva vilayətinin mədəniyyət naziri postu həvalə olunub. Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyev qərar qəbul edib.

N. Şirəliyevaya qədər bu posta Oksana Kosaryeva rəhbərlik edib.

Qeyd edək ki, uzun illərdir Rusiyada yaşayıb-fəaliyyət göstərən N. Şirəliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, ingilis və fransız dillərini bilir. O, 2013-cü ilin fevralından Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu tuturdu.

Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın tanınmış simalarından biri, məşhur televiziya və kino rejissoru Yevgeni Aleksanrdoviç Qinsburqla ailə həyatı qurub. Onların bu evlilikdən Aleksandr adlı bir oğulları dünyaya gəlib. Qinsburq 2012-ci il yanvarın 15-də insultdan vəfat edib.

Xəbər 3180 dəfə oxunub.




27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +