Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?
Finlandiya sərhəddə tikdiyi hasarı tamamlayır
Rus ordusunda intiharlar davam edir
Hikmət Hacıyev İran rəsmisi ilə görüşdü


01.11.2025  18:58 

Sabiq nazir həbs olundu





A+  A-

Gürcüstanda vəzifəsindən sui-istifadədə ittiham edilən keçmiş nazir müavini həbs olunub.

XəzərNews.az xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin keçmiş müavini Koba Qabunia barəsində həbs qətimkan tədbiri seçib.

Prokurorluğun məlumatına görə, Qabunia vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. İttihama əsasən, o, "Lagi Capital" MMC-yə qanunsuz üstünlük verib və ona layihə üzrə avans ödəyib. Bildirilib ki, şirkət 2023-cü ildə aldığı avans vəsaitini təyinatı üzrə xərcləməyib və uşaq bağçası tikintisi başa çatmayıb, nəticədə dövlətə maddi ziyan dəyib.

Prokuror bildirib ki, Qabunia istintaqla əməkdaşlıq etmir və yalnız həbs edilməsi onun istintaqa mane olmasının qarşısını ala bilər. Müdafiə tərəfi bu arqumentlə razılaşmayaraq 400 min lari girov təklif edib. Vəkillərin sözlərinə görə, materiallar gecə təqdim olunduğuna görə müdafiə işlə tam tanış ola bilməyib. Onlar ittihamları əsaslandıran sübutların olmadığını iddia ediblər.

Qabunia məhkəmədə bildirib ki, heç vaxt maddi fayda əldə etməyib, layihələrin çoxluğu fonunda bəzi məqamları diqqətdən qaçırıb, lakin bunu məqsədli şəkildə etməyib.

Məhkəmə prosesi dekabrın 18-də davam etdiriləcək.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, ölkənin Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə aparılan əməliyyat zamanı Qabunia saxlanılıb. Keçmiş nazir İrakli Karseladzenin də adı keçən iş üzrə 20-ə yaxın ünvanda axtarış aparılıb.

Xəbər 1835 dəfə oxunub.




27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +