Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


31.10.2023  22:34 

Yem baha, örüş yeri satılıb, ət istehsalı azalıb...





A+  A-

Ölkədə ət istehsalı ilə bağlı durum yaxşı deyil. Çünki iribuynuzlu mal-qaranın, qoyunun, keçinin sayı azalır. Son bir ildə təkcə 705 min baş qoyun sayının azalması qeydə alınıb. Bütün bunlar ət istehsalında, məhsulun qiymətində özünü göstərməyə bilməz.

İribuynuzlu mal-qaranın sayında 4 faizdən çox azalma var. Qoyun və keçilərin sayında da təxminən eyni mənzərədir. Ət istehsalının zəifləməsi istər-istəməz ölkədə məhsulun qiymətinin artmasına xidmət edir. Əsas ərzaq predmetlərindən biinin belə bahalaşması sosial vəziyyətin ifadəsində əhəmiyyətli rol oynayır. Yəni heyvandarlıqdakı mövcud tendensiya sosial-iqtisadi müstəvidə çox vacib hadisədir. Belə vəziyyət yarandıqda müstəqil ekspertlər bir sıra amilləri qabardırlar. Həmin amilləri xüsusi ardıcıllığa diqqət yetirmədən sıralamaq olar. O mənada ki, əhəmiyyətlilik dərəcəsinə görə düzməmək, sadəcə, vacib nüansları qeyd etməkdən söhbət gedir.

Birincisi, zamanla fərdi təsərrüfatlar sıradan çıxmağa başlayıb. Bölgələrdə insanlar bir sıra çətinliklərlə üz-üzə qalırlar. Susuzluq təsərrüfatların nəinki inkişafına mane olur, ümumiyyətlə, idarə edilməsinə imkan vermir. Azərbaycanın ən böyük problemlərindən biri heyvandarlığa da ciddi əngəldir. Su hövzələri ayrı-ayrı məmurların təsərrüfatlarına xidmət edir. İnhisar kəndliyə göz açmağa imkan vermir.

İkincisi, kəndli örüş yerlərini itirir. Bələdiyyələr ucqarlarda torpaq sahələrini satdıqca heyvandarlığın da əl-qolu bağlanır. Üstəlik, hökumətin bir neçə il əvvəl prioritet seçdiyi pambıqçılıq bu sahəyə böyük zərər vurdu. Heyvandarlıq sahələrinə aid bir sıra torpaqlarda, örüş yerlərində pambıq əkildi. Sonradan məlum oldu ki, pambıq istehsalı istənilən səmərəni gətirmir. Ara yerdə heyvandarlıq sarsıldı. İndi də nəticələri aradan qaldırmaq olmur. Təsəvvür edin, hər il pambıq istehsalının gətirdiyi gəlir 200 milyon manatı keçmir. Amma ət idxalına bundan 12-13 dəfə çox vəsait xərclənir. Pambıq "oyun"undansa, aqrar məhsullara diqqət ayrılsaydı, daha yaxşı nəticə əldə etmək olardı.

Üçüncüsü, yem çox bahalaşıb. Qiymətlərin kəskin artması fərdi təsərrüfatla məşğul olanları yaman günə qoyub. İndi hökumət deyir ki, süni mayalanma ilə say artırılacaq. Kəndlini tamamilə əldən salandan, inhisara bu qədər göz yumandan sonra hansı addım atılsa da, sanki heç bir effekti olmayacaq. Hökumətin aqrar sektorla bağlı konkret planı, konsepsiyası olmalıdır. Hər şey çox kor-təbii təsir bağışlayır. İqtisadiyyat heç bir halda belə idarə edilə bilməz./Bizimyol.info

Xəbər 1559 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +