AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı
Mərhum meyxanaçının qızı həbs olunub
Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır?
Nazirlik 10 milyonluq tender elan edib
Şəxsiyyət vəsiqələri artıq belə olacaq - FOTO
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
108 nəfərin diplomu tanınmayıb - Rəsmi
Eldar Mahmudov istintaqa çağrılıbmı?


02.03.2021  16:12 

Magistratura imtahanının nəticələri açıqlandı





A+  A-

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilir ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 19885 bakalavrdan 256 nəfəri imtahana gəlməyib. 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 96 bal olub. Xatırladaq ki, ötən il də ən yüksək göstərici 96 bal olub.

Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 47.57 bal olub. Bu o deməkdir ki, imtahan iştirakçılarının yarısı (9810 nəfərdən çox) bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb. Median göstəricisinin 48 bala yaxın olması imtahanda təqdim olunan test tapşırıqlarının bakalavrların bilik səviyyəsinə uyğun olmasını deməyə əsas verir.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).

İmtahan nəticələri ilə əlaqədar Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xəbər 4053 dəfə oxunub.




19.10.2025  16:49 

Akif Məmmədov saxlanıldı

19.10.2025  16:28 

Türkiyədə zəlzələ baş verib

19.10.2025  16:25 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +