Rəqəmlər həyatımızı necə dəyişir? - VİDEO
Hava limanında yanğın
Maşın kanala aşdı: 5 nəfər...
Bakının mərkəzində söküntü - VİDEO
Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman
ABB maşınlarını satır?
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI
DİN: Bir gündə 34 cinayətin üstü açılıb
Qızı da atası kimi adını villasına həkk etdirib - Foto
Arabaçının adına 5 şirkət var, 54 min 441 manat da...


21.01.2025  18:08 

Meloni yenə diqqət çəkdi





A+  A-

İtaliya Baş naziri Corciya Meloni bir qədər əvvəl verdiyi açıqlama ilə diqqət çəkib. O deyib: “Roma Avropa İttifaqının (Aİ) paytaxtı olmalıdır. Bu tələblə Avropa Parlamentinə müraciət etmək istəyirəm. Çünki Avropa İttifaqının paytaxtı ofislərin yerləşdiyi yer ola bilməz. O, minillik kimliyini ən yaxşı şəkildə əks etdirən yer olmalıdır”.

Meloninin bu çıxışı indiki məqamda xüsusilə diqqət çəkir. Əvvəlcə qeyd edim ki, İtaliya Qərbi Roma imperiyasının süqutundan sonra Avropanın siyasi xəritəsində elə də ciddi siyasi gücə malik olmayıb. Əksinə, almanların (Müqəddəs Roma İmperiyası), ispanların (absburqlar), son olaraq isə fransızların (Napoleon Bonapart) əsarətində olub. İtaliya Birinci və İkinci Dünya müharibəsində Roma dövrünə qayıtmaq istəsə də, bu, fiasko ilə nəticələnib. Bununla belə, Corciya Meloninin çıxışı Avropada siyasi lider olmaq istəyən İtaliyanın Roma imperiyasının varisliyi ədasına bənzəyir.

Avropa uzun müddətdir, ABŞ-ın qızıl qəfəsi olan Aİ çətiri altında geosiyasətdən, qitəyə liderlik uğrunda mübarizədən uzaq, amma rifah dolu həyat yaşayırdı. Bu gün Aİ həm parçalanmaq riski ilə üz-üzədir, həm də qitə uğrunda mübarizə şiddətlənir.

Aİ-nin dağılma prosesi ilə bağlı ilk ciddi addım Böyük Britaniyadan gəldi. 2016-cı il iyunun 23-də Britaniyada keçirilən referendumda Birləşmiş Krallığın Avropa İttifaqında qalıb-qalmamasına dair qərar qəbul edildi. Londonun Aİ-dən çıxması Parisin İttifaqdakı mövqeyini ön plana çıxartdı. Lakin Fransanın ənənəvi rəqibi Almaniya heç vaxt Parisin Aİ-yə təkbaşına liderlik etməsinə göz yummayıb. Bundan başqa, Viktor Orban rəhbərliyində qitə üçün köhnə, müasir siyasət üçün isə yeni oyunçu olan Macarıstan da Aİ liderliyi uğrunda mübarizəyə başlayıb.

Breksit qərarı Aİ üçün ilk addım olsa da, fikir ayrılığı Rusiya-Ukrayna müharibəsi ilə start götürdü. Bu gün faktiki olaraq ittifaq daxilində müharibə tərəfdarları ilə əleyhdarları olmaq üzrə iki ciddi qütb var. Belə bir dövrdə Corciya Meloninin Avropa İttifaqının paytaxtı ilə bağlı fikir səsləndirməsi ittifaqdaxili bölünmə və parçalanmanın yeni dalğası ola bilər.

Macarıstandan sonra İtaliyanın da oyuna daxil olması Aİ daxilində bölünməni sürətləndirir. Rusiya-Ukrayna müharibəsi ərazi ilhaqı hesabına Moskvanın xeyrinə bitərsə və ABŞ-ın istəyi ilə Aİ buna razı olarsa, İttifaq yaxın 10 il ərzində parçalana bilər.

Turan Rzayev
Politoloq


Xəbər 3605 dəfə oxunub.



18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +