Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


22.10.2022  09:54 

Daha iki tenderdə qanun pozuntusu... - Komissiya hara baxır?





A+  A-

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan Suvarma Sistemləri İdarəsi tender qaydalarını kobud şəkildə pozub.

Sözügedən qurum P-3 kanalının beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Tenderin qalibi “Topxana Layihə İnşaat” MMC olub. Tərəflər arasında 228 478.68 manatlıq sözləşmə imzalanıb.

Məsələ burasındadır ki, müsabiqənin qalibinin külli miqdarda vergi borcu var. Belə ki, “Topxana Layihə İnşaat” MMC-nin hazırkı vergi borcu 26 186.25 manat təşkil edir.

Bu isə qanun pozuntusu deməkdir. İş burasındadır ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.

Qeyd edək ki, Beyləqan Suvarma Sistemləri İdarəsinin rəisi Kərimov Azim Camal oğludur. Vergi borcu olan şirkətin isə qanuni təmsilçisi Bayramov Əli Kamal oğludur. Şirkət bu il 6 tenderin qalibi olub. Bu tenderlərin ümumi dəyəri iki milyon manatdan artıqdır.

Onu da əlavə edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tərkibində olan idarələrin təşkil etdiyi tenderlərdə tez-tez bu kimi qanun pozuntularına rast gəlinir./“Qafqazinfo”



Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tender müsabiqələrinin qalibi “R.V. Yol İnşaat” MMC olub.

Bakı meriyası paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınmasına görə “R.V. Yol İnşaat” MMC-yə 6 milyon 14 min 521 manat 25 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 20 manat nizamnamə kapitalı olan “R.V. Yol İnşaat” MMC-nin qanuni təmsilçisi Bəndəliyev Zülfəli İsrafil oğludur. Şirkət 7 yanvar 2009-cu ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, 6 milyonluq tenderin qalibi olan “R.V. Yol İnşaat” MMC-nin ötən günə olan tarixə görə 8 min 78 manat 34 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır./Yeniavaz.com

Xəbər 2974 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +