Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron
Baş nazirin birinci müavini istefa ərizəsi yazıb


01.03.2023  14:06 

“Dövlətin ona verdiyi silahı zorla başıma dirədi...” - Foto





A+  A-

Hərbi Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərdiyi iddia edilir.

XəzərNews.az xəbər verir ki, bu barədə onun arvadı N.Hüseynova mediaya müraciətində bildirib.

Qadın qeyd edib ki, yeddi ildir Ceyhunla ailə həyatı qurub: “Bizim iki azyaşlı övladımız var. İl yarımdır ki, Ceyhun Hüseynov evə gəlmir, əxlaqsız qadınlarla yaşayır. Hər dəfə evə gələndə mənə işgəncə verir. Sonuncu dəfə bu ilin fevralın 21-də axşam saatlarında evə gəlib, uşaqlarını dostu Mübarizlə apardılar. Daha sonra geri qayıtdı, dövlətin ona verdiyi silahı zorla mənim başıma dirədi və “sənə xəyanət etmişəm” sözlərini deməyimi bildirdi. Həmin görüntüləri dostu Mübariz çəkdi. Həmin gecə saatlarla mənə fiziki zorakılıq göstərdi. Uşaqları yenidən evə gətirdi və özü getdi”.

N. Hüseynovanın sözlərinə görə, fevralın 22-si C. Hüseynov evə gəlib və uşaqları ondan alıb: “Daha sonra məni zorla çöllük bir yerə aparıb, dəmir parçası ilə vurdu. Yenə də mənə ona “xəyanət etmişəm” sözünü dedirtdi. Şok vəziyyətində idim, məni evə gətirərək əl-ayağımı bağladı. Sonra ona yalvardım, əl-ayağımı açdı.

Mənə bildirdi ki, evə gəlib, məni yenə döyəcək. Həmin vaxt üstümə bıçaq çəkdi. Səhəri gün pəncərədən yaşadığımız evin həyətinə və oradan da qonşuların həyətinə tullandım. Onlardan biri mənim həyətindən keçməyimə icazə verdi. Mən taksiyə minib, Abşeron Rayon Polis İdarəsinə getdim”.

N.Hüseynova uşaqlarından xəbər ala bilmədiyini deyib: “Övladlarım tanımadığım qadınların yanındadır. Mənim həyatım da təhlükədədir. Ceyhun məni hədələyir ki, dövlətin ona verdiyi silahla məni öldürəcək”.

Oxu.az-ın əldə etdiyi məlumata görə, artıq məsələ barədə Hərbi Prokurorluqda araşdırma başlanılıb.

Xəbər 2578 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +