Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


07.09.2021  13:34 

Qonşu ölkələrdə koronavirusla bağlı vəziyyət necədir?





A+  A-

Bütün dünya hazırda koronavirus və onun ştamlarına qarşı mübarizə aparır.
XəzərNews.az xəbər verir ki, Azərbaycan ilə yanaşı qonşu ölkələrdə də yoluxma və ölüm halları artmaqdadır.

Belə ki, Gürcüstanda ötən sutka 1965 yeni yoluxma halı qeydə alınıb, 50 nəfər dünyasını dəyişib. Həmçinin, son sutka ərzində bu ölkədə 3996 nəfər COVID-19-dan sağalıb.

Ümumilikdə isə pandemiya dövründə Gürcüstanda 567 922 yoluxma halı qeydə alınıb. Həmçinin, pandemiya ərzində qonşu ölkədə 7917 nəfər dünyasını dəyişib. Ümumi sağalanların sayı isə 523 669 nəfər təşkil edir.

Rusiyada da vəziyyət Gürcüstandan geri qalmır. Ötən sutka ərzində bu ölkədə 795 nəfər koronavirusdan vəfat edib. Həmçinin, son 24 saat ərzində qonşu ölkədə 17 425 yeni yoluxma halı qeydə alınıb, 17 243 nəfər virusdan sağalıb.

Beləliklə, yeni göstəricilər nəticəsində pandemiya dövründə Rusiyada yoluxanların sayı 7 047 880 nəfərə çatıb. Bununla yanaşı, ölkədə virusdan ölənlərin ümumi sayı 188 785-ə, sağalanların sayı isə 6 302 250-ə çatıb.

Ermənistanda son sutka ərzində 501 yeni yoluxma halı qeydə alınıb və bununla da ümumi yoluxanların sayı 245 765-ə yüksəlib. Həmçinin ötən sutka ərzində bu ölkədə 15 nəfər koronavirusdan ölüb.

Pandemiya dövründə Ermənistanda ümumilikdə 4939 nəfər COVID-19-dan dünyasını dəyişib, 229 957 nəfər isə sağalıb.

Xəbər 3828 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +